AZ

Neft qiymətləri bir qədər aşağı düşür və Brent markalı neftin qiyməti 64,76 dollar/barel təşkil edir.

Finss.az xəbər verir ki, bazar ertəsi axşamı neft qiymətləri bir qədər aşağı düşdü.

Moskva vaxtı ilə saat 18:06-ya olan məlumata görə, Londonun ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçersləri 1 sent azalaraq barel üçün 64,76 dollara çatıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) dekabr ayı üçün WTI markalı neftin fyuçersləri 3 sent azalaraq barel üçün 60,95 dollara çatıb.

Qlobal yanacaq tədarükü ilə bağlı narahatlıqlar fonunda hər iki marka oktyabr ayında 2%-dən çox düşüb. Beynəlxalq Enerji Agentliyi (IEA) proqnozlaşdırır ki, artıqlıq gələn il gündə 4 milyon barelə çata bilər.

Seçilən
23
2
fins.az

10Mənbələr